"Qarabağ" Avropa Kubokunda cavab matçına çıxır
17.11.2024 - 11:16

Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası bu gün Avropa Kubokunda növbəti oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, təmsilçimiz turnirin 3-cü mərhələsində Ukraynanın “Qaliçanka” komandası ilə cavab matçına çıxacaq.
Mingəçevir şəhərindəki “Kür” Olimpiya İdman Tədris Mərkəzində təşkil olunacaq qarşılaşma saat 12:00-da start götürəcək.
Qeyd edək ki, ötən gün baş tutan ilk görüş rəqibin qələbəsi ilə yekunlaşıb – 33:20.
- Həndbol üzrə beynəlxalq turnirdə qrup mərhələsinə yekun vurulacaq
- "Qarabağ" Qazaxıstan yığması ilə heç-heçə edib
- Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirə start verilib - FOTO
- Bakıda beynəlxalq həndbol turnirinin oyun cədvəli açıqlanıb
- Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnir keçiriləcək
0
0