“Qarabağ” III mərhələdə
06.10.2024 - 18:11
Qadın həndbolçulardan ibarət “Qarabağ” avrokubok mövsümündə ikinci sınağına çıxıb.
Apasport.az xəbər verir ki, ilk qarşılaşmada qələbə qazanan təmsilçimiz Avropa kubokunun 2-ci mərhələsində “Differdanj”la cavab oyunu keçirib.
Lüksemburq klubu ilə hər iki matç Bakıda baş tutub. Dünən ilk görüşdə rəqibini məğlub edən “Qarabağ” bu oyunda nominal qonaq sayılıb. Fasiləyə “Differdanj” üstün yollansa da, ikinci hissədə daha yaxşı oynayan təmsilçimiz 1 top fərqi ilə qalib gəlib - 26:25.
Qeyd edək ki, 3-cü mərhələnin matçları noyabrın 10-16-da keçiriləcək.
- “Azəryol” belaruslu baş məşqçi ilə yeni müqavilə bağlayıb
- İsgəndər Əsgərov Bolqarıstan - Türkiyə matçına təyinat alıb
- Həndbol üzrə Azərbaycan çempionatlarında III turun oyunları keçirilib
- Azərbaycanın Əməkdar məşqçisi vəfat edib
- Həndbol üzrə Azərbaycan çempionatlarında 2025/2026 mövsümünə start verilib
1
0