“Qarabağ”ın matçının hakimləri müəyyənləşdi
                    
                    10.11.2024 - 14:26
                        
                    
                    Qadın həndbolçulardan ibarət “Qarabağ” klubunun avrokuboklardakı növbəti oyunlarının təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, Avropa kubokunun 3-cü mərhələsinin “Qaliçanka” ilə görüşlərini Rumıniyadan olan hakimləri idarə edəcəklər.
Hər iki matça İonut Marian Kazan və Qesur Suliman təyinat alıblar. Onların işinə türkiyəli hakim-inspektor Kenan Sivrikaya qiymət verəcək.
Qeyd edək ki, noyabrın 16-da keçiriləcək ilk oyunda Ukrayna təmsilçisi, ertəsi gün “Qarabağ” meydan sahibi olacaq. Hər iki matç Mingəçevirdəki “Kür” Olimpiya İdman-Tədris Mərkəzində baş tutacaq.
                                
                                0
                                
                                0