"Mingəçevir reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi keçirilib
17.10.2024 - 12:12
"Mingəçevir reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi keçirilib

Akademik avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, tədbir Aşağı Köndələnçay su anbarında gerçəkləşib.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov və digər rəsmi şəxslər iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ardınca şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqları salamlayıb: "Tarixi və əlamətdar gündür. İkinci dəfə Füzulinin şəhər günü qeyd olur. İlk dəfə beynəlxalq turnirin burada təşkili buna rəng qatır. Turnirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edirəm. Dörd il əvvəl Füzuli işğaldan azad olundu. Xalqımız öz torpağına qovuşdu".

0