"Azərbaycandan öyrənəcəyimiz çoxlu şeylər var".
Apasport.az xəbər verir ki, bunu Namibiya Milli Olimpiya Komitəsinin prezidenti Abner Axel Xoaqub deyib.
Funksioner bildirib ki, bu turnirdə olmaq onun üçün şərəfdir:
"İnanmazdım ki, nə vaxtsa bu cür yarışı izləyəcəyəm. Azərbaycana gəldiyim üçün xoşbəxtəm. 100-ə yaxın ölkədə olmuşam. Amma burada ölkə ilə Milli Olimpiya Komitəsi arasında sıx əlaqəni heç yerdə görməmişəm. Bu səbəbdən hər iki tərəfə təşəkkür düşür".
O, təşkilatçılıqdan çox razı qaldığını diqqətə çatdırıb: "Hər şey möhtəşəmdir".
Qeyd edək ki, turnir oktyabrın 18-də başa çatacaq.
- Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
- “Mingəçevir reqatası-2026”: Azərbaycan 22 medalla ikinci oldu
- “Mingəçevir Reqatası-2026” öncəsi hakimlərin iclası keçirilib
- “Mingəçevir Reqatası-2026”nın püşkatması keçirilib
- Avarçəkənlərimiz beynəlxalq turnirdə 6 idmançı ilə mübarizə aparacaq