
Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə növbəti dəfə “Baku Open-2025” Beynəlxalq Şahmat Festivalını təşkil edəcək.
Apasport.az xəbər verir ki, beynəlxalq turnir "Baku Crystal Hall"ın sərgi mərkəzində keçiriləcək.
Yarışda şahmatçılar üç qrupda İsveçrə sistemi üzrə 9 turda (A, B və C) mübarizə aparacaq.
Festival çərçivəsində veteran şahmatçılar arasında Azərbaycan çempionatı da baş tutacaq.
Aprelin 27-dən mayın 6-dək davam edəcək festivalın ümumi mükafat fondu 55 000 ABŞ dollarına bərabərdir.
Qeyd edək ki, “Chess Tour Azerbaijan” layihəsi çərçivəsində keçiriləcək yarışlardan biridir.