Klub üçün soyundular
19.02.2011 - 13:53
Klub üçün soyundular
Maliyyə böhranı daha bir komandanı gözlənilməz addıma imza atmağa vadar edib. Apasport.az saytının məlumatına görə, bu dəfə Almaniya çempionatının II divizionunda mübarizə aparan Drezdenin “Satter” klubunun voleybolçuları düşdüyü çətin vəziyyətdən çıxmaq üçün soyunublar.

Onlar jurnallardan birinə seksi pozalar veriblər. Bu isə onunla əlaqədardır ki, rəhbərliyin komandanı saxlamasına vəsaiti qalmayıb. Voleybolçular soyunmaqla kluba yeni sponsorlar cəlb etmək fikrindədirlər.

Qeyd edək ki, bu, birinci belə hal deyil. Ötən ilin axırında Fransanın “İstra” klubunun idmançıları 2011-ci ilin təqvimi üçün çılpaq şəkildə şəkillər çəkdirmişdilər. O vaxt isə bu xeyriyyəçilik məqsədi ilə edilmişdi. Satışdan əldə olunan vəsait klub məktəblilərinin inkişafına yönəltdirilmişdi.
0