100 min dollarlıq söyüş! - FOTO
14.04.2011 - 16:55
Dünya basketbolunun əfsanələrindən olan Kobi Brayant ağır cəzaya məruz qalıb. Apasport.az saytının məlumatına görə, “Los Anceles Leykers” klubunun lideri Milli Basketbol Assosiasiyası (MBA) tərəfindən 100 min dollar cərimələnib.
Buna onun “San Antonio Sperz” ilə qarşılaşmada hakimi söyməsi səbəb olub. Oyunun referisi Benni Adams Kobinin hesabına fol yazmasından sonra özündən çıxan basketbolçu onu ağır söyüşlərə qonaq edib.
Qeyd edək ki, artıq Brayant həm hakimdən, həm də qeyri-ənənəvi seksual oriyentasiyalı şəxslərdən üzr istəyib.

0
0