“Azərbaycan yığması – bu, qeyri-adi komandadır”
28.04.2011 - 13:50
“Almaniya və Macarıstan milli komandaları çox güclüdürlər. Onların səviyyələrini bərabər tuturam”. Apasport.az saytının məlumatına görə, bunu Belarusun həndbol üzrə qadınlardan ibarət yığmasının baş məşqçisi Antoli Zakladnı deyib.
Avro-2012-nin püşkatmasının nəticəsinə əsasən Belarus, Macarıstan, Almaniya və Azərbaycan həndbolçuları I qrupda yer alıblar. Vyanada baş tutan püşkatmaya münasibət bildirən Zakladnı milli komandamızı qeyri-adi yığma adlandırıb: “Bizim həndbolçular Macarıstan çempionatında çıxış edirlər. Bunun üçün bu ölkənin millisi barədə kifayət qədər məlumat toplamaq imkanım var. Almanlarla isə ötən il təsadüfən yoldaşlıq görüşü keçirdik. Təxminən oyun səviyyələrinə bələdəm. Amma bununla kifayətlənməyəcəyəm. Çalışacağam ki, hərtərəfli informasiya toplayım. Azərbaycan yığması – bu, qeyri-adi komandadır. Onların heyətində ruslar və ukraynalılar oynayır. Lakin bu komanda təcrübə sarıdan çətinlik çəkməməlidir. Tez-tez səfərlərə gedirlər, yoxlama matçlarında güclərini sınayırlar. Fikrimcə, azərbaycanlılar da hədəflərinə çatmaq üçün mübarizə aparacaqlar”.
Qeyd edək ki, Azərbaycan həndbolçuları belaruslu həndbolçularla ilk görüşlərinin Bakıda (21-22 mart, 2011) cavab qarşılaşmasını isə səfərdə (24-25 mart, 2011) keçirəcəklər.

0
0