“Yamamay”ın kapitanı: Biz bacardığımızı göstərməliyik ki...
07.03.2013 - 09:26
“Komandamız tam heyətlə “Dördlər finalı”na hazırdır. Bu səviyyədə turnirlər idmançının karyerasında tez-tez təsadüf olunmur. Bu üzdən də şansdan yararlanıb kuboku qazanmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliyanın “Yamamay” klubunun voleybolçusu Kristina Bauer deyib.
A seriyasının çempionunun kapitanı Çempionlar Liqasının “Dördlər finalı”nın İstanbulda keçiriləcək matçları ərəfəsində iddialı olduqlarını açıqlayıb: “Türkiyədəki turnir ərəfəsində 2 həftəlik təlim-məşq toplanışı keçmişik. İndi yalnız İstanbuldakı matçların başlamasını gözləyirik. Biz bacardığımızı göstərməliyik ki, istəyimizə çataq. Bunu etsək hər şey yaxşı olacaq. Buna inanıram. Xoşbəxtəm ki, bizi çox sayda azarkeş dəstəkləyəcək. Belə yarışlarda bu da çox vacib amildir”.
Qeyd edək ki, “Yamamay” Azərbaycan çempionu “Rabitə”nin martın 9-da keçiriləcək yarımfinaldakı rəqibidir.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0