Mira Qoluboviç: Final üçün çox darıxmışdıq
09.03.2013 - 19:46
“Biz final üçün çox darıxmışdıq. Bu qələbə bizim üçün vacib idi. Çünki mövsümün əvvəlindən qoyduğumuz məqsədə doğru daha bir layiqli addım atdıq”. Bunu apasport.az saytının İstanbula ezam olunmuş əməkdaşına açıqlamasında “Rabitə”nin voleybolçusu Mira Qoluboviç deyib.
Kapitan komandasının Çempionlar Liqasının yarımfinalında “Yamamay”a 3:2 hesabı ilə qalib gəldikləri oyun barədə danışıb. 2 il öncə “Rabitə” ilə finala yüksələn Qoluboviç bu dəfə çempion olmaq üçün həlledici matçda bütün güclərini ortaya qoyacaqlarını deyib: “Bizim üçün əsas bu mərhələni keçmək idi. Düzdür, rəqib güclü oynadı. Lakin biz öz oyunumuzu göstərərək, finala yüksəldik. Həlledici mərhələdə də uğurumuzu davam etdirməyə çalışacağıq”.
Qeyd edək ki, “Rabitə” bu mövsüm hələ Çempionlar Liqasında uduzmayıb.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0