“Azərbaycan yığmasına qələbəni 1 oyunçu qazandırdı”
19.03.2013 - 11:19
“Azərbaycan yığması ilə oyun çox maraqlı alındı. Bu görüşdə uduzsaq da, meydanı müsbət əhval-ruhiyyə ilə tərk etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri ABŞ-ın “AİA” basketbol klubunun baş məşqçisi Con Farvell deyib.
O, Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən kişi basketbolçular arasında “Novruz-2013” turnirinin ilk turunun Azərbaycanla qarşılaşması haqda fikirlərini açıqlayıb: “Komandalar bərabər səviyyədə mübarizə apardılar. Bu. xüsusilə də 4-cü hissədə aşkar görünürdü. Ümumilikdə möhtəşəm basketbol izlədik. Etiraf edin ki, bir komandanın 30 xal fərqi ilə udduğu oyun maraqlı deyil. Yetirmələrimdən razı qaldım. Onlar bütün tapşırıqlarımı yerinə yetirdilər. Azərbaycan yığmasına qələbəni isə 8 nömrəli basketbolçu qazandırdı. Fuad Niftəliyev bu matçı təkbaşına uddu”.
Qeyd edək ki, millimiz amerikalılarla oyunda 95:94 hesabı ilə qalib gəlib.

- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə
0
0