Azərbaycan basketbolçularından ikinci qələbə
19.03.2013 - 16:19
Qırğızıstanın Bişkek şəhərində keçirilən kişi basketbolçular arasında ənənəvi “Novruz” turnirində II tura start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası Qazaxıstanın “Kapşaqay” klubu ilə qarşılaşıb.
Hər iki komanda turnirə qələbə ilə başladığından bu görüş vahid lideri müəyyənləşdirməli idi. Elxan Əliyevin baş məşqçisi olduğu yığmamız 95:88 hesabı ilə qalib gələrək ardıcıl 2-ci qələbəsini qazanıb.
Turun digər oyununda ABŞ-ın “AİA” klubu ilə Qırğızıstan millisi görüşür. Rəqiblərin hər ikisi yarışa məğlubiyyətlə başladığından onlar ilk qələbə üçün mübarizə aparacaq.
Qeyd edək ki, bu 2 komanda ilə yanaşı turnirdə Qazaxıstan və Qırğızıstan milliləri də mübarizə aparır. Dairəvi sistemlə mübarizə aparan komandalar sonradan yarımfinal və final matçlarında da qüvvəsini sınayacaq.

- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə
0
0