Klub milli komandaya 33 top fərqi ilə qalib gəldi
19.03.2013 - 18:53
Qırğızıstanın Bişkek şəhərində keçirilən kişi basketbolçular arasında ənənəvi “Novruz” turnirində II tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, ilk turda milli komandamızın minimal hesabla qalib gəldiyi ABŞ-ın AİA klubu meydan sahiblərini böyük fərqlə məğlubiyyətə uğradıb. Belə ki, amerikanlar Qırğızıstan yığmasına 121:88 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Elxan Əliyevin başçılıq etdiyi milli komandamız turnirdə keçirdiyi 2 oyununu da qələbə ilə tamamlayıb. Yığmamız dünən AİA-nı 95:94, bu gün isə Qazaxıstanın “Kapşaqay” klubunu 95:88 hesabı ilə yenib.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0