“Azərbaycan çempionatı dünyada ən güclülərdəndir”
04.04.2013 - 08:54
İkiqat Avropa çempionu Malqorzata Qlinka dünyanın ən güclü voleybol çempionatları haqda fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2011-ci və 2013-cü illərdə Türkiyənin “Vakıfbank” klubu ilə Çempionlar Liqasını qazanan polşalı ulduz voleybolçu 3 ölkəni fərqləndirib.
Belə ki, qonşu ölkənin son illərdə Avropanın ən nüfuzlu klub turnirində hegemonluğu məhz Türkiyə Superliqasının dünyada birincilər sırasında olduğunu deməyə əsas verir. Elə Qlinka da bununla razılaşaraq, Azərbaycan çempionatının da oynadığı liqadan geri qalmadığını bildirib: “Fikrimcə, Türkiyə çempionatı hazırda dünyada ən güclülərdəndir. Mənim üçün ən yüksək səviyyədə mübarizənin getdiyi liqalar həm də Rusiya və Azərbaycandır. Ancaq əvvəl İtaliyada oynadığım vaxt ən güclü çempionat orada keçirilirdi. Karyeram ərzində həmişə voleybolun daha öndə olduğu ölkələrdə oynamağa çalışmışam. Artıq 35 yaşım var və hər dəfə yüksək səviyyəli çempionata getmək mənə zövq verir”.
Qeyd edək ki, Qlinkanın komandası Çempionlar Liqasının son finalında “Rabitə”dən üstün olmuşdu.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0