Alessandro Çiappini: Artıq xidmətimdə maraqlı olan komandalar var
06.04.2013 - 11:20
“Müəyyən müddət istirahət edəcəyəm. Bundan sonra gələcək karyeramla bağlı qərar verəcəyəm”. Apasport.az saytının məlumatına görə, bunu “Azərreyl”in sabiq baş məşqçisi Alessandro Çiappini deyib.
İtaliyalı mütəxəssis Bakı klubundan qovulduqdan sonra vətəninə qayıdıb. Çiappini bildirib ki, mövsümün yekun sözü deməyə tələsmir: “Mövsüm bitdikdən sonra hansısa təklifləri nəzərdən keçirmək istəyirəm. Artıq xidmətimdə maraqlı olan komandalar var. Lakin son söz üçün hələ vaxt var”.
Qeyd edək ki, “Azərreyl”lə uğur qazana bilməyən Çiappini Türkiyə klublarının və Polşa yığmasının maraq dairəsindədir.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0