“Rabitə” ilə qazandığım ilk qızıl medal üçün çox şadam”
18.04.2013 - 14:26
“Rabitə”nin voleybolçusu Aurea Kruz üçün ölkəmizdə qazandığı çempionluq əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Puerto-Riko yığmasının oyunçusu Super Liqanın sonuna 3 tur qalmış təmin olunan qızıl medallarla ilkə imza atıb.
Belə ki, Aurea karyerasında ilk dəfə vətənindən kənarda milli çempionatın qalibi olub. O buna sevindiyini açıqlayıb: “Artıq rahat deyə bilərəm: “Rabitə” çempiondur! Mən Puerto-Rikodan kənarda qazandığım ilk qızıl medal üçün çox şadam. Sevinirəm ki, “Rabitə”nin bu çempionluğunda mənim də əməyim oldu”.
Qeyd edək ki, Kruz Azərbaycana gələnə kimi ABŞ, İtaliya, İspaniya və Cənubi Koreya çempionatlarında oynayıb. O, 2 dəfə İtaliya kubokunu başı üzərinə qaldırsa da, A seriyasında 3 dəfə ikinci olub. Kruz, həmçinin İspaniya çempionatında da gümüş medalla kifayətlənib.

- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
0
0