Yığmamızın oyunçusu üçün arzuolunmaz məğlubiyyət
11.05.2013 - 17:20
Qadın voleybolçular arasında Rusiya Superliqasında üçüncü yer uğrunda 3-cü oyun keçirilib. Apasport.az saytının məlumatına görə, 3 qələbəyə kimi davam edəcək mərhələnin üçüncü qarşılaşması Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” üçün uğursuz alınıb.
İlk 2 matçda “Uraloçka”ya 3:1 hesabı ilə qalib gələn Omsk təmsilçisi bu dəfə 2:3 (23:25, 25:23, 21:25, 28:26, 11:15) hesablı məğlubiyyətə üzülüb. Nəticədə Məmmədova və komandası arzuladıqları bürünc medala hələ sahib ola bilməyib. Tərəflər arasında növbəti oyun sabah olacaq. Əgər bu dəfə də Nikolay Karpolun yetirmələri qalib gələrsə, 5-ci matç mayın 15-də keçiriləcək.
Qeyd edək ki, “Omiçka” əsas mərhələdə “Uraloçka”ya uduzmamışdı.

- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
0
0