Natalya Məmmədova bürünc medal qazandı
12.05.2013 - 18:01
Qadın voleybolçular arasında Rusiya Superliqasında üçüncü yerin sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 3 qələbəyə kimi davam edən mərhələnin dördüncü qarşılaşmasında Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın komandası “Omiçka” bürünc medala sahib olub.
İlk 2 matçda “Uraloçka”nı 3:1 hesabı ilə məğlub edib, 3-cü matçda (2:3) uduzan Omsk təmsilçisi bu dəfə rəqibi üzərində qalib gəlməyi bacarıb – 3:1 (25:19, 22:25, 25:18, 25:21). Nəticədə, Məmmədova və komandası arzuladıqları bürünc medala yiyələnib.
Qeyd edək ki, “Omiçka” əsas mərhələdə “Uraloçka”ya uduzmamışdı.

- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
0
0