Azərbaycan çempionu rəsmən “Qalatasaray”da!
16.05.2013 - 08:46
“Rabitə” kolumbiyalı Madeleyne Montanonun ardından daha bir voleybolçusunu itirib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu 2 il öncə transfer etdiyi Dobriana Rabadjiyeva ilə vidalaşıb.
Belə ki, Bakı təmsilçisi müqaviləsi başa çatan Bolqarıstan yığmasının üzvü ilə müqaviləni artırmayıb. Nəticədə “Rabitə” ilə 2 dəfə Azərbaycan çempionu olan, klublararası dünya çempionatının qızıl və gümüş, Çempionlar Liqasının gümüş medallarını qazanan Rabadjiyeva “Qalatasaray”la anlaşıb. O, istanbullularla 1 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Montano da yeni mövsümdə “Qalatasaray”da oynayacaq.

- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
0
0