“İqtisadçı”dan növbəti “tələbə bileti”
27.06.2013 - 17:04
“İqtisadçı” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında “universitet komanda”sı “Azəryol”dan (əvvəlki “Azərreyl”) hollandiyalı Manon Flierin ardınca daha 1 voleybolçunun keçidini rəsmiləşdirib.
Bakı təmsilçisi bu dəfə ABŞ-ın perspektivli oyunçularından hesab olunan Ariel Uilsona “tələbə bileti” verib. 191 sm boya malik 24 yaşlı amerikalı ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, “İqtisadçı” Flier və Uilsondan öncə ötən ilki heyətdən tailandlı Onuma Sittirakı komandada saxlayıb, Vey Kiuyue, Yun Ven Ma (hər ikisi Çin), Valentina Serena (İtaliya) və Lenka Dürrü (Almaniya) transfer edib.

- Yüksək Liqa: “Murov Az Terminal” və “Ordu”dan qələbə
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
0
0