Millimiz turnirin sonuncusu oldu
29.06.2013 - 16:06
Qazaxıstanın Pavlodar şəhərində keçirilən 20-ci dəfə keçirilən “Prezident Kuboku” turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, qadın voleybolçulardan ibarət yığma komandamız sonuncu turda Belarusla qarşılaşıb.
Görüş şərqi slavyanların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Belarus turnirin 3-cüsü olub. Çinin “Lyaonin” klubu isə Rusiyanın “Uraloçka-2” komandasından üstün olmaqla (3:0) gümüş medalları qazanıb. Bütün 5 oyunda qələbə qazanmış Qazaxıstanın əsas millisi isə turnirin çempionu adını qazanıb və 40 min dollar mükafata sahib çıxıb.
Qeyd edək ki, 3 əsas üzvü olmadan turnirə qatılan millimiz bütün görüşlərdə məğlub olub. Komandamız turniri 2 xalla tamamlayıb.

- Yüksək Liqa: “Murov Az Terminal” və “Ordu”dan qələbə
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
0
0