Tailand millisində 5 “azərbaycanlı”
05.11.2013 - 13:10
Tailand millisində 5 “azərbaycanlı”
Tailand millisinin “Grand Champions Cup” üçün heyəti dəqiqləşib. Apasport.az saytının məlumatına görə, son Asiya çempionlarının yekun “12-liyi”ndə 5 “azərbaycanlı” da yer alıb.

Belə ki, Tailand yığmasına Azərbaycan Super Liqası klublarından “İqtisadçı”nın şərəfini qoruyan Onuma Sittirak, Vilavan Apinyaponq, Pleumjit Zinkaov, Vanna Buakeva və “Rabitə”də çıxış edən Nutsara Tomkom köməklik edəcək.

Qeyd edək ki, noyabrın 12-17-də Yaponiyada baş tutacaq yarışda qitə çempionları güclərini sınayırlar.