“İqtisadçı” “Azəryol”a yerini göstərdi
18.12.2013 - 11:51
“İqtisadçı” “Azəryol”a yerini göstərdi
Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, son turda pley-offa yüksələn 12-ci komandanın da adına aydınlıq gəlib.

Belə ki, “Rabitə” (Azərbaycan), “Omiçka”, “Dinamo” (Moskva), “Dinamo” (Kazan, hər üçü Rusiya), “Vakıfbank”, “Qalatasaray”, “Əczaçıbaşı” (hər üçü Türkiyə), “Pyaçentsa”, “Konegliano” (hər ikisi İtaliya), “Kann” (Fransa) və “Volero”nun (İsveçrə) ardınca “Atom” (Polşa) da mərhələ adlayıb. Amma “Dördlər finalı”na ev sahibliyi bu klublardan birinə veriləcəyi halda, onlara ən yaxşı üçüncü yerin sahibi də qoşulacaq.

Bu, son turda çox cüzi şansa malik və Çempionlar Liqasında debüt edən “İqtisadçı” olacaq. Onlar digər qruplardakı əsas rəqiblərinin, xüsusilə də ötən mövsüm Super Liqada gümüş medallarına “şərik” çıxan “Azəryol”un uduzmasından sonra yollarına davam edəcəklər. Bu isə sabah rəsmiləşəcək ev sahibinin adından sonra bilinəcək. Ardınca isə pley-offun püşkatması olacaq.

“İqtisadçı”dan sonra üçüncülər arasında ən yaxşı növbəti 4 komanda CEV kubokunun “Çelenc raund”una enib. “Aşağı” göndərilən klublar arasında “Dresdner” (Almaniya), “Dinamo-Romprest” (Rumıniya) və “Agel”lə (Çexiya) yanaşı, “Azəryol” da olacaq.


VI tur

A qrupu

“Omiçka” (Rusiya) - “Rabitə” (Azərbaycan) - 2:3 (19:25; 22:25; 25:23; 25:19; 11:15)
“Beziers” (Fransa) - “Dresdner” (Almaniya) – 0:3 (17:25, 18:25, 20:25)


Rabitə
6
6
0
18-5
540-444
16
Omiçka
6
4
2
16-7
522-449
14
Dresdner
6
2
4
7-13
414-462
6
Beziers
6
0
6
2-18
377-498
0


B qrupu
““İqtisadçı” (Azərbaycan) – “Srvena Zvezda” (Serbiya) - 3:1 (27:29; 25:13; 25:13; 25:12)
Pyaçentsa (İtaliya) - Dinamo (Moskva, Rusiya) – 3:1 (25:21, 25:23, 18:25, 25:18)


Pyaçentsa
6
5
1
16-6
526-451
15
Dinamo (Moskva)
6
4
2
15-9
565-496
13
İqtisadçı
6
3
3
10-12
482-475
8
Srvena Zvezda
6
0
6
4-18
393-544
0


C qrupu
“Vakıfbank” (Türkiyə) - “Gent” (Belçika) – 3:0 (25:13, 25:20, 25:19)
“Atom” (Polşa) - “Dinamo-Romprest” (Rumıniya) – 3:1 (23:25, 25:17, 25:21, 25:20)


Vakıfbank
6
6
0
18-1
469-339
18
Atom
6
4
2
13-8
473-438
12
Dinamo-Romprest
6
2
4
8-12
414-444
6
Gent
6
0
6
0-18
315-450
0


D qrupu
“Agel” (Çexiya) - “Əczaçıbaşı” (Türkiyə) – 1:3 (25:17, 26:28, 19:25, 23:25)
“Şveriner” (Almaniya) - “Kann” (Fransa) – 0:3 (14:25, 16:25, 20:25)


Əczaçıbaşı
6
6
0
18-1
471-379
18
Kann
6
4
2
12-6
427-371
12
Agel
6
2
4
7-14
458-464
6
Şveriner
6
0
6
2-18
351-493
0


E qrupu
“Qalatasaray” (Türkiyə) - “Konegliano” (İtaliya) – 3:2 (24:26, 23:25, 25:19, 25:15, 15:3)
“Yamamay” (İtaliya) – “Azəryol” (Azərbaycan) - 3:0 (25:14, 25:17, 25:19)


Qalatasaray
6
5
1
17-8
585-515
14
Konegliano
6
4
2
15-11
579-559
11
Azəryol
6
2
4
11-15
551-594
7
Yamamay
6
1
5
6-15
433-480
4


F qrupu
“Dinamo” (Kazan, Rusiya) - “Volero” (İsveçrə) – 2:3 (25:23, 25:23, 20:25, 28:30, 8:15)
“Stiinta” (Rumıniya) - “Tauron” (Polşa) – 3:1 (20:25, 31:29, 25:16, 25:23)


“Dinamo” (Kazan)
6
5
1
17-4
507-399
16
Volero
6
4
2
14-12
575-541
11
Stiinta
6
2
4
7-15
429-527
5
Tauron
6
1
5
8-15
489-533
4