Əvəzedicilər Liqası: 2024/25 mövsümünün qalibi bəlli olub
23.05.2025 - 20:56

Bu gün Əvəzedicilər Liqasında 2024/25 mövsümünün qalibi məlum olub.
Apasport.az xəbər verir ki, sonuncu turda lider “Sabah-2” “Neftçi-2” ilə üz-üzə gəlib. Görüşə saat 18:00-da start verilib.
“Sabah-2” sonuncu turda “Neftçi-2” ilə heç-heçə edərək çempion adını qazanıb. Hər iki komandanın aktivində 69 xal olsa da, şəxsi oyunlarda üstün olan “Sabah-2” qızıl medalların sahibi olub.
Azərbaycan Əvəzedicilər Liqası
XXXVI tur
23 may
Sabah-2 – Neftçi-2 2:2
Qollar: N.Cabbarov, 75, R.Nuraxmedov, 81 – M.Məmmədov, 10, H.İsmayılov, 14
0
0