![Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb](https://ww3.apasport.az/storage/news/2024/october/28/big/671f77938adab671f77938adac1730115475671f77938ada9671f77938adaa.jpeg)
Polşada keçirilən Avropa birinciliyi ilə əlaqədar bu ölkəyə səfər edən Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Məhəmməd Caludla görüşüb.
Apasport.az xəbər verir ki, bu barədə AAF-nin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı ölkəmizdə ağırlıqqaldırmanın perspektivləri və inkişaf imkanları ətrafında fikir mübadiləsi aparılıb. Federasiyalar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində bir sıra təkliflər irəli sürülüb.
AAF-nin uzunmüddətli strateji plan üzrə fəaliyyət göstərdiyini bildirən Firdovsi Umudov bu işdə IWF-nin dəstəyinin önəmini vurğulayıb.
Daha sonra gələcək yarışlar, hakim və məşqçi seminarları, təşkilatçılıq məsələləri və akademiyaların işinin təşkili barədə söhbət aparılıb. Görüşün sonunda Firdovsi Umudov Məhəmməd Caluda AAF-nin xüsusi hədiyyəsini təqdim edib.