I Liqa: “Karvan”dan qələbə ilə start
11.09.2024 - 19:11
![I Liqa: “Karvan”dan qələbə ilə start](https://ww3.apasport.az/storage/news/2024/september/11/big/66e124cea71e566e124cea71e6172603105466e124cea71e366e124cea71e4.jpeg)
Bu gün Azərbaycan I Liqasında 2024/25 mövsümünə start verilib.
Apasport.az xəbər verir ki, açılış günündə bir oyun keçirilib. Yevlaxın “Karvan” komandası azarkeşləri önündə “Qaradağ Lökbatan”ın müqavimətini qırıb - 1:0.
Turun digər görüşləri 12-13 sentyabrda olacaq.
Azərbaycan I Liqası
I tur
11 sentyabr
17:00 Karvan – Qaradağ Lökbatan 1:0
Qol: Roman Hüseynov, 63-p.
Yevlax şəhər stadionu.
0
0