“Qarabağ” - “Sabah” matçında bərabərlik - YENİLƏNİB
03.04.2026 - 21:59
“Qarabağ” - “Sabah” matçında bərabərlik - YENİLƏNİB

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

Apasport.az xəbər verir ki, günün son matçı Bakıda keçirilib.

“Qarabağ” öz meydanında “Sabah”ı qəbul edib. Tərəflər matçda hərəyə 2 qol vurublar. Görüş 2:2 hesablı bərabərliklə nəticələnib.

Azərbaycan Kuboku
Yarımfinal mərhələsi, ilk oyun

20:00. "Qarabağ" – "Sabah" 2:2
Qollar: K. Borges, 30, 60 - U. Raxmonaliyev, 24, 65-p.
Baş hakim: Rauf Cabarov
Tofiq Bəhramov adına Respublika Stadionu