“Zirə” futbolçusunu icarəyə verib - Rusiya klubuna
17.02.2026 - 14:32
“Zirə” futbolçusunu icarəyə verib - Rusiya klubuna

“Zirə”də ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, Yeqor Boqomolskini komandanı tərk edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı hücumçu sonradan transfer etmək hüququ da daxil olmaqla cari mövsümün sonuna kimi Rusiyanın “Ural” klubunda çıxış edəcək.

Qeyd edək ki, Belarus millisinin üzvü mövsümün əvvəlində "Neftçi"dən "Zirə"yə keçmişdi.