![ABL: Bu gün 3 matç keçiriləcək](https://ww3.apasport.az/storage/news/2024/december/21/big/676663054b012676663054b0131734763269676663054b010676663054b011.jpeg)
Bu gün Azərbaycan Basketbol Liqasında VIII turun daha 3 görüşü keçiriləcək.
Apasport.az xəbər verir ki, iki matç Bakıda, biri Lənkəranda baş tutacaq.
A qrupunun lideri “Sabah” “Abşeron”la qarşılaşacaq. Qrupun digər matçında “Naxçıvan” “Sərhədçi”ni sınağa çəkəcək.
B qrupunun yeganə matçında “Lənkəran” öz meydanında “Quba” ilə qarşılaşacaq. Meydan sahibləri 4, qonaqlar isə 2 oyunluq məğlubiyyət seriyasına son qoymaq arzusundadırlar.
Qeyd edək ki, turun ilk matçında “Neftçi” NTD-ni 81:68 hesabı ilə məğlub edib. Dekabrın 22-də isə "Gəncə" "Ordu" ilə, "Sumqayıt" "Şəki" ilə üz-üzə gələcək.
Azərbaycan Basketbol Liqası
VIII tur
21 dekabr
A qrupu
12:00. "Sabah” – “Abşeron”
Sərhədçi İdman Mərkəzi
16:00. “Naxçıvan” – “Sərhədçi”
Sərhədçi İdman Mərkəzi