Embid Fransa deyil, ABŞ-ı seçdi
05.10.2023 - 23:06
“Filadelfiya”nın mərkəz oyunçusu Joel Embid Paris Yay Olimpiya Oyunlarında iştirak etməyə hazırdır.
Apasport.az saytı xəbər verir ki, o, bu barədə ABŞ yığmasının baş menecerinə məlumat verib.
29 yaşlı basketbolçu yayda keçirilən dünya çempionatında Fransa komandasında oynamaqdan imtina etmişdi. Əslən kamerunlu olan Embidin Fransa və ABŞ vətəndaşlığı var.
Qeyd edək ki, Joel NBA-nın 2022/2023 mövsümün müntəzəm çempionatının MVP-si seçilib. O, 66 oyunda orta hesabla 33,1 xal, 10,2 götürmə və 4,2 ötürmə ilə yadda qalıb.
- “Şəki”nin baş məşqçisi: “Oxuduğum bir romanda deyildiyi kimi…”
- “Dinamo”nun futbolçusu: “Boqomolski karyerasına gözümün önündə başlayıb” - Müsahibə
- Daha bir futbolçu Türkiyə millisinin heyətindən çıxarılıb
- “Jirona”nın məlubiyyətsiz seriyasına son qoyuldu
- 3-cü dəfə eyni klubun baş məşqçisi təyin olundu
0
0