ÇL: İstanbulda tarixi gecə: "Qalatasaray"dan 5 qol - YENİLƏNİB
18.02.2026 - 02:02
ÇL: İstanbulda tarixi gecə: "Qalatasaray"dan 5 qol  - YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə 4 matç keçiriləcək.

"Qalatasaray" İtaliya nəhəngi "Yuventus"u qəbul edib. İlk hissə qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Fasilədən sonra üstünlüyü ələ alan "sarı-qırmızılılar" rəqibini 5:2 hesabı ilə məğlub etməyi bacarıb.

“Real” səfərdə “Benfika” ilə qarşılaşıb. Görüş "kral klubu"nun minimalhesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları 24–25 fevralda keçiriləcək.

17 fevral
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar

21:45 "Qalatasaray" (Türkiyə) – "Yuventus" (İtaliya) 5:2

Qollar: T. Kopmayners, 16, 32, Q. Sara, 15, N. Lanq, 49, 74, D. Sançez, 60, S. Boey, 86

00:00 "Borussiya" (Dortmund, Almaniya) – "Atalanta" (İtaliya) 2:0

00:00 "Benfika" (Portuqaliya) – "Real" (İspaniya) 0:1

00:00 "Monako" (Fransa) – PSJ (Fransa) 2:3