Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, Ağdam klubu Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq. İngiltərədən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Lublində baş tutan ilk oyunda “Dinamo” 1:0 hesablı qələbə qazanıb.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi (cavab oyunu)
13 avqust
20:00. “Qarabağ” (Azərbaycan) – “Dinamo” (Kiyev, Ukrayna) 1:0
"Qarabağ": 23. Zlomisliç, 2. Mateus Silva, 4. Bençe Vorkonyi, 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 20. Kadi Borges, 7. Jali Muaddib, 21. Aleksey Kaşuk, 10. Abdullah Zubir
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Mateuş Koxalski, 5. Bruno Lanqa, 9. Coni Montiel, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 29. Renaldo Sefas, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov, 88. Lobato
Baş məşqçi: Qurban Qurbanov
"Dinamo"(Kiyev):71. Surkis, 5. Sıç, 40. Bilovar, 32. Mixhavko, 44. Dubinçak(k), 6. Brajko, 15. Rubçinski, 39. Gerrero, 21. Lonviyk, 70. Reduşko, 11. Ponomarenko
Baş məşqçi: İqor Kostyuk
Ehtiyat oyunçular: 43.Olxovyi, 10. Şaparenko, 14.Luisin, 16. Oqundana, 18. Timçik, 22. Kabayev, 23. Malış, 29. Buyalski, 66. Tiare, 91. Mixaylenko, 99. Munqenge
Baş hakim: Styuart Ettuell
Baş hakimin köməkçiləri: Yan Hussin, Nik Qrinhalq
Dördüncü hakim: Lyuis Smit
VAR: Peter Benks
AVAR: Ceyms Bell
Tofiq Bəhramov adına Respublika Stadionu