“Mançester Siti” braziliyalı hücumçu transfer edir
11.06.2022 - 22:44
“Atletiko Mineyro”nun hücumçusu Savio Moreyra gələn mövsüm PSV-də çıxış edə bilər.
Apasport.az saytının məlumatına görə, “Mançester Siti”nin futbolçunu alması və dərhal Niderland klubuna icarəyə verməsi gözlənilir.
Eyndhoven təmsilçisi ilə danışıqlar yekunlaşmaq üzrədir. Daha əvvəl 18 yaşlı futbolçunun Premyer Liqa klubuna transferinin razılaşdırıldığı, müqavilənin 6,5+6 milyon avro dəyərində olduğu bildirilirdi.
Qeyd edək ki, Savio Moreyra 2020-ci ildən “Atletiko Mineyro”nun əsas komandasında çıxış edir.
- Berezutski: "Neftçi" ilə oyunda Elvin Camalov çox qeyri-peşəkar davranış sərgilədi"
- Azər Bağırov: “Daha yaxşı olmağa çalışacağıq”
- Millimizdən beynəlxalq turnirdə uğurlu start
- "Çelsi" "Mançester Siti"ni geridə qoydu: Pereyra üçün təhlükə - VİDEO
- Cahangir Babayev Avropa Karate Federasiyasının Hakimlər Komitəsinə üzv seçilib
0
0