"Qalatasaray" cari mövsüm Super Liqada yeni rekorda imza atdı
04.01.2023 - 23:28
!["Qalatasaray" cari mövsüm Super Liqada yeni rekorda imza atdı](https://ww3.apasport.az/storage/news/2023/january/05/big/63b5dc32742f363b5dc32742f4167286277063b5dc32742ef63b5dc32742f1.jpeg)
Türkiyə Super Liqasında "Qalatasaray" cari mövsüm yeni göstəriciyə imza atıb.
Apasport.az xəbər verir ki, İstanbul komandası bu gün "Ankaragücü"yə 2:1 qalib gəlib.
Bu nəticə ilə "Qalatasaray" bu mövsüm Super Liqada ardıcıl 6 oyunda qələbə qazanan ilk komanda olub.
Qeyd edək ki, "aslanlar" 36 xalla turnir cədvəlinin lideridir.
0
0