33 cüdoçumuz Parisdə beynəlxalq təlim-məşq toplanışında iştirak edir
05.02.2025 - 15:55
![33 cüdoçumuz Parisdə beynəlxalq təlim-məşq toplanışında iştirak edir](https://ww3.apasport.az/storage/news/2025/february/05/big/67a34d43ae45367a34d43ae454173875539567a34d43ae45167a34d43ae452.jpg)
Azərbaycanın 33 cüdoçusu Fransanın paytaxtı Parisdə təşkil olunan beynəlxalq təlim-məşq toplanışında iştirak edir.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Hazırlıq prosesi fevralın 6-dək davam edəcək. Toplanış Bakıda keçiriləcək "Böyük Dəbilqə"yə və qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, Bakıdakı turnir fevralın 14-16-da təşkil olunacaq.
0
0