Cüdo üzrə yeniyetmələr arasında ACF Kuboku keçiriləcək
19.07.2024 - 17:39
![Cüdo üzrə yeniyetmələr arasında ACF Kuboku keçiriləcək](https://ww3.apasport.az/storage/news/2024/july/19/big/669a67b49a9cb669a67b49a9cc1721395124669a67b49a9c9669a67b49a9ca.jpg)
İyulun 20-də Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə 18 yaşa qədər yeniyetmələr arasında "Ne-vaza" ACF Kuboku keçiriləcək.
Apasport.az xəbər verir ki, "Ne-vaza" bilik və bacarıqları idmançılara görüşlər zamanı yerdə (parterdə) texnikalarını inkişaf etdirməyə və təkmilləşdirməyə kömək edir.
Bu bacarıqlar fənddən yayınmaq və rəqibləri məğlub etmək üçün lazım olan effektiv strategiyanı dəstəkləyir.
0
0