Rəşid Məmmədəliyev bürünc medal qazanıb
02.05.2026 - 16:45
Rəşid Məmmədəliyev bürünc medal qazanıb

Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turniri davam edir.

Apasport.az xəbər verir ki, Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) bürünc medal uğrunda görüşə çıxıb.

26 yaşlı idmançı yarımfinalda yerli cüdoçu Muhiddin Asadulloyevə uduzub.

R. Məmmədəliyev bürünc mükafat qazanmaq üçün digər tacikistanlı Ahmadzod Masudi ilə üz-üzə gəlib. Təmsilçimiz rəqibini üstələyərək bürünc medalçı olub.