Millimizin Araz Musayevi bıçaqlayan baş məşqçisi həbs edildi
30.05.2025 - 20:48

Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb.
Apasport.az xəbər verir ki, onların arasında kikboks üzrə milli komandamızın baş məşqçisi Elşən Abdulrəhimov da var.
Bu barədə “Haberturk TV” kanalı məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev may ayının 28-də Antalyada keçirilən dünya çempionatı zamanı 2 nəfərin hücumuna məruz qalıb. O, boynundan və qarnından bıçaqlanmışdı.
0
0