
Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Maya şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, yarışda Ağasif Rəhimovla Raziyyə Seyidli, Sabir Ağayevlə Milana Əliyeva qarışıq cütlüyü, Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüyü, Riad Səfərov, Abdulla Əl-Məşayxi, Seymur Cəfərov və Rəsul Seyidli kişi qrupu bacarığını nümayiş etdirəcək.
Milli komanda məşqçilər İradə Qurbanova və Leyla Əliyevanın rəhbərliyi altında mübarizə aparacaq.
Həmçinin turnirdə Dürdanə Əhmədova hakim kimi ölkəmizi təmsil edəcək.
Dünya Kuboku mayın 17-19-da təşkil olunacaq.
- Azərbaycanla Türkiyənin Kanoe və Avarçəkmə Federasiyaları arasında əməkdaşlıq müqaviləsi imzalanacaq
- Avropa Oyunlarında medalı təmin edən idmançımız: “Məqsəd finalda da qələbə qazanmaqdır”
- "Xәzәr Lәnkәran" qayıdır! - "Palmali" təsdiqlədi
- Tahir Baxşıyev: “Bu komandaya inanıram”
- 6 “Fənərbaxça”lıya “böyük beşlik”dən maraq