Viyera Vardiyə “yox” dedi
07.07.2025 - 13:58

"Cenoa" Ceymi Vardinin transferindən imtina edib.
Apasport.az xəbər verir ki, ingiltərəli hücumçu ilə aparılan danışıqlar nəticəsiz başa çatıb.
Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb.
Mənbənin bildirdiyinə görə, klubun baş məşqçisi Patrik Viyera Vardinin transferinə müsbət yanaşmayıb.
Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü olan Ceymi Vardi geridə qalan mövsümün sonunda “Lester Siti”dən ayrılıb.
0
0