Aerobika gimnastikası üzrə Azərbaycan birinciliyi keçiriləcək
28.10.2024 - 10:54
Noyabrın 1-2-də aerobika gimnastikası üzrə 8-ci ölkə birinciliyi, Bakı çempionatı və paytaxt birinciliyi keçiriləcək.
Apasport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışlar Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunacaq.
Turnirdə “Ocaq Sport” klubu və Sumqayıt Olimpiya İdman Kompleksindən 76 gimnast medallar uğrunda mübarizə aparacaq.
İdmançılar uşaqlar (2013-2015), yeniyetmələr (2009-2011-ci il) və gənclər (2006-2008-ci il) yaş kateqoriyalarına uyğun olaraq fərdi və üçlük proqramda çıxış edəcəklər.
0
0