Polşada ağır atletika üzrə Avropa birinciliyi keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan atleti Qasım İsmayılov turnirin bürünc medalını qazanıb.
67 kq çəki dərəcəsində mübarizə aparan təmsilçisimiz birdənqaldırmada 120 kq-ı başı üzərinə qaldıraraq 4-cü olub. Təkanlaqaldırmada daha yaxşı təsir bağışlayan idmançı 153 kq çəkinin öhdəsindən gəlməklə bürünc mükafat əldə edib. O, iki hərəkətin cəmində də "üçlüy"ə düşməyi bacarıb. Atlet toplamda 273 kq nəticə ilə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, bu gün daha 2 təmsilçimiz - Tehran Məmmədovla Fuad Həsənov (hər ikisi 67 kq) U-23 kateqoriyasında qüvvələrini sınayacaqlar.