Təmsilçimiz Avropa birinciliyində iştirak edib
31.10.2024 - 22:57
Azərbaycanın qadın ağırlıqqaldıranı Rahilə Hüseynzadə (81 kq) Polşanın Raşin şəhərində keçirilən gənclər və 23 yaşadək idmançılar arasında Avropa birinciliyində iştirak edib.
Apasport.az xəbər verir ki, qitə miqyaslı yarışda Azərbaycanın yeganə qadın təmsilçisi birdən qaldırma hərəkətində 85 kq, təkanla qaldırmada isə 107 kq nəticə gostərib.
Rahilə Hüseynzadə toplamda 192 kq (85+107) göstərici ilə yarışı 8-ci yerdə başa vurub.
Qeyd edək ki, yarış noyabrın 4-də başa çatacaq.
0
0