“Lids”dən Bundesliqaya
31.07.2023 - 20:33
“Lids”dən Bundesliqaya

“Lids”in futbolçusu Maksimilian Veberin yeni komandası bəlli olub.

Apasport.az saytının məlumatına görə, avstriyalı müdafiəçi karyerasını Almaniyada davam etdirəcək.

O, Mönhenqladbax “Borussiya”sına icarəyə verilib. 25 yaşlı avstriyalı bir mövsümü Bundesliqa klubunda keçirəcək.

Qeyd edək ki, Veber 2023-cü ilin yanvarında “Zalsburq”dan “Lids”ə keçib. Onun müqaviləsi 2027-ci ildə başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0