19 türk azarkeşi saxlanıb
03.07.2024 - 19:46
AVRO-2024-də Avstriya – Türkiyə matçından sonra polislə azarkeşlər arasında gərginlik yaşanıb.
Apasport.az xəbər verir ki, Türkiyə millisinin 19 azarkeşi saxlanılıb.
Hadisə Helzinkirhen şəhərində yaşanıb. Türkiyəli fanatlar Avstriya komandası üzərində 2:1 hesablı qələbəni şəhərin küçələrində qeyd edərkən 1 polis yaralınıb. Azarkeşlər müxtəlif fişənglərdən istifadə ediblər.
Qeyd edək ki, “ay-ulduzlular” 1/4 finalda Niderlandla qarşılaşacaqlar.
0
0