AVRO-2024-də QALMAQAL: cinayətkar ölkədən qaçıb
11.07.2024 - 11:40
AVRO-2024-də QALMAQAL : cinayətkar ölkədən qaçıb

Avropa Çempionatında mübarizəni erkən dayandıran Albaniya millisi ilə bağlı xoşagəlməz xəbər yayılıb.

Apasport.az bildirir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat verib.

Məlumatda Dortmund prokurorluğunun seks cinayəti ilə bağlı araşdırmaya başladığı yazılıb. İddiaya görə, Albaniya millisi Kamendəki “Kayserau” idman mərkəzində yerləşərkən burada çalışan 18 yaşlı işçi 26 yaşlı alban tərəfindən mətbəxə itələnib və təcavüzə məruz qalıb. Hadisənin iyunun 23-də baş verdiyi bildirilir.

Deyilənə görə, şübhəli şəxs Almaniyanı ölkəsinin nümayəndə heyətindən daha tez, iki gün əvvəl tərk etdiyi üçün polis onu saxlaya bilməyib.

Xatırladaq ki, albanlar turnirdə B qrupunda yer almış, növbəti mərhələyə vəsiqə qazana bilməmişdi. Onların rəqibləri İtaliya, İspaniya və Xorvatiya idi. 
 

writer photo
Əlirza Əlirzalı
0