İspaniya millisindən rekord
15.07.2024 - 10:58
AVRO-2024-ün finalında İngiltərəni məğlub edən İspaniya (2:1) 17-ci Avropa çempionatında 4-cü dəfə kubokun sahibi olub.
Apasport.az xəbər verir ki, bu turnirə qədər Almaniya ilə birlikdə 3 çempionluq qazanan iki komandadan biri olan İspaniya 4-cü dəfə çempion olub.
Beləliklə, ispanlar turnir tarixində ən çox qızıl medala yiyələnən komanda olub.
İspaniya millisi Avropa çempionatında 5-ci dəfə finalda mübarizə aparıb. Komanda 1964, 2008, 2012 və 2024-cü illərdə çempion, 1984-cü ildə isə gümüş medalçı olub.
0
0