“Merihə verilən cəza ədalətli deyil“ - Montella
05.07.2024 - 23:47
“Merihə verilən cəza ədalətli deyil“ - Montella

"Merihə verilən cəza ədalətli deyil. Bu, siyasi bir addım deyildi. Sadəcə olaraq düzgün anlaşılmayan bir hərəkət idi. Meydana daha çox istəklə çıxacağıq. Hər kəsin motivasiyası yüksək olacaq. Bu, azarkeşlərə də aiddir".

Apasport.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Avro-2024-ün 1/4 finalında Niderlandla oyun öncəsi deyib.

"Hər matç və onun strategiyası fərqlidir. Həmişə ən yaxşı 11-i göstərə bilməzsiniz. Hər bir oyunçu nə edəcəyini bilir. Mən onların hamısı ilə fəxr edirəm. Bu səviyyəyə çatdığınız zaman ideal 11-lik deyilən bir şey yoxdur" - deyə o bildirib.

Mütəxəssis azarkeşlərdən onları sabahkı matçda dəstəkləmələrini istəyib: "Azarkeşlərə deyirəm; Bizə dəstək olun, meydanda çətin vəziyyət olsa belə, emosiyalarımıza hakim olmalıyıq. Biz bu turnirdə ən gənc komandayıq. Biz işin emosional tərəfini yaxşı idarə etmək və meydana yaxşı enerji qoymaq istəyirik".

Montella qələbələrin onu sevindirdiyini vurğulayıb: "Hər kəs ondan tələb olunanı edir. Məni xoşbəxt edən də budur. Hər kəs nə edəcəyini bilir. Bu komandanın ruhu var, bunu yaratmaq çətindir. Biz buna nail olduq".

writer photo
Əlirza Əlirzalı
0