Şotlandiyalı azarkeş açılış matçı üçün 1600 kilometr məsafə qət edib
14.06.2024 - 11:16
Şotlandiyalı azarkeş Kreyq Ferqyuson Avro-2024-ün açılış matçı üçün Qlazqodan Münhenə piyada gedib.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Almaniya paytaxtına çatmaq üçün 42 günə 1600 kilometr məsafə qət edib.
Fanat Berlində həmvətənləri tərəfindən su və şampanla qarşılanıb.
Qeyd edək ki, 24 yığmanın iştirakı ilə keçiriləcək Avropa çempionatı bu gün start götürəcək. Açılış matçında ev sahibi Almaniya ilə Şotlandiya yığması üz-üzə gələcəklər. Münhen şəhərindəki “Alyants Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 23.00-da start götürəcək.
0
0